Bakı. Ceyhun Ələkbərov - Trend:
Ekspertlər istirahət üçün Avropanın ən bahalı və ən ucuz şəhərlərinin siyahısını açıqlayıblar.
Trend-in məlumatına görə, ekspertlər iki gecəlik üç ulduzlu oteldə qalmaq, transfer, üç müxtəlif növdə nahar, muzeylərə və sənət qalereyalarına giriş biletinin xərclərini hesablayıblar. Bundan əlavə pivə, şərab, kofe və sərin içkilərin qiymətləri də hesablanıb.
İstirahət üçün bahalığına görə siyahıda birinci yeri Venesiya tutub. Burada həftə sonu istirahət təqribən 500 avroya başa gəlir. İkinci, üçüncü ən baha şəhərlər isə Paris və Barselona olub.
Araşdırma nəticəsində məlum olub ki, istirahət üçün ən ucuz Avropa şəhəri Serbiyanın paytaxtı Belqraddır. Buxarest və Portuqaliyanın Portu şəhəri isə qiymət ucuzluğuna görə növbəti sıralarda yer alıb.