...

Moskvada yol qəzası baş verib, xəsarət alanlar var

Dünya xəbərləri Materials 5 Sentyabr 2018 02:15 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində iki avtomobil toqquşub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 4 nəfər müxtəlif dərəcli xəsarətlər alıb.

Hazırda hadisə yerində yol polisi əməkdaşları işləyir, qəzanın səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti