...

"Ford" Şimali Amerikada 2 milyona yaxın avtomobili geri çağırıb

Dünya xəbərləri Materials 7 Sentyabr 2018 05:37 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın avtomobil şirkəti "Ford" Şimali Amerikada 2 milyona yaxın avtomobili geri çağırıb.

Trend-in şirkətin rəsmi saytına istinadən verdiy məlumata əsasən, geri çağırılan avtomobil 2015-2018 il istehsalı olan "F-150" pikaplarıdır.

Qeyd olunur ki, geri çağırılmanın səbəbi avtomobillərin təhlekəsizlik kəmərləri ilə əlaqəlidir. Hal-hazırda bu problemlə əlaqədar ABŞ-da 17 hadisə məlumdur, Kanadada isə - 6.

ABŞ-da "Ford"un 1,6 milyon avtomobili, Kanadada - 339 min, Meksikada - 36 min avtomobil geri çağırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti