Bakı. Trend:
Türkiyənin Şırnak əyalətinin Küpəli Dağ rayonunda təhlükəsizlik qüvvələri terrorçulara qarşı xüsusi əməliyyat keçirib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, xüsusi əməliyyat nəticəsində 5 PKK terrorçusu məhv edilib.
Qeyd edilir ki, əməliyyat aviasiya dəstəyi ilə həyata keçirilib.