...

"Taliban" 14 polisi öldürüb silahları apardı

Dünya xəbərləri Materials 10 Sentyabr 2018 15:08 (UTC +04:00)
Əfqanıstanın şimalında radikal "Taliban" hərəkatı tərəfindən hücum olub.
"Taliban" 14 polisi öldürüb silahları apardı

Bakı. Trend:

Əfqanıstanın şimalında radikal "Taliban" hərəkatı tərəfindən hücum olub. Trend-in məlumatına görə, hücum nəticəsində azı 14 polis əməkdaşı həlak olub.

Vilayət qubernatoru Siddik Əzizi bildirib ki, daha 6 polis yaralanıb. Onun sözlərinə görə, hücumlar nəticəsində "Taliban"ın 3 üzvü öldürülüb, 4 silahlı yaralanıb.

İnsident Samanqan vilayətində qeydə alınıb.

Bildirilir ki, hücum nəticəsində "Taliban" üzvləri polislərə məxsus silahları da özləri ilə aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti