...

ABŞ-da "Florens" qasırğası qurbanlarının sayı 15-ə çatdı

Dünya xəbərləri Materials 17 Sentyabr 2018 02:24 (UTC +04:00)
ABŞ-da "Florens" qasırğası nəticəsində Şimali Karolina və Cənubi Karolina ştatlarında ölənlərin sayı 15-ə çatıb.
ABŞ-da "Florens" qasırğası qurbanlarının sayı 15-ə çatdı

Bakı. Trend:

ABŞ-da "Florens" qasırğası nəticəsində Şimali Karolina və Cənubi Karolina ştatlarında ölənlərin sayı 15-ə çatıb. Bu barədə Trend "NBC" telekanalına istinadən xəbər verir.

Daha öncə 13 nəfərin öldüyü bildirilirdi.

Atlantik okeanında tüğyan edən "Florens" ABŞ sahillərinə cümə günü çatıb. Lakin sonra zəifləyib. Küləyin sürəti saatda 75 kilometri ötmür.

Təbii hadisənin tüğyan etdiyi yerlərdə daşqın təhlükəsi qalmaqdadır. Şimali və Cənubi Karolinanın 27 mindən çox sakini müvəqqəti sığınacaqlara yerləşdiriliblər. Minlərlə insan elektrik enerjisindən məhrum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti