...

Bu ölkələr Belçikadan donuz əti idxalını dayandırdı

İqtisadiyyat Materials 19 Sentyabr 2018 11:23 (UTC +04:00)

Bakı. Trend:

Doqquz ölkə Belçikadan donuz əti idxalını dayandırıb.

Trend-in məlumatına görə, buna səbəb Belçikada donuzlarda Afrika taununun aşkar olunmasıdır.

Hazırda Belarus, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Filippin, Meksika, Sinqapur, Tayvan və Ukrayna donuz əti idxalını qeyri-müəyyən müddətə dayandırıb.

Bundan başqa, Belarus, Cənubi Koreya, Çin və Ukrayna da Belçikadan donuz yeni idxalını da dayandırıb.

Eyni zamanda Belçikada heç bir fermada donuzların Afrika taununa yoluxmadığı qeydə alınıb. Narahatlığa səbəb Valloniya bölgəsində vəhşi çöl donuzlarında bu xəstəliyin aşkar olunması səbəb olub. Bölgə rəhbərliyi sakinlərə qaban ovlamamağı tövsiyə edib. Həmin ərazidə 400-dək çöl donuzunun Afrika taununa yoluxa biləcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti