...

21 nəfər viskidən zəhərlənərək öldü

Dünya xəbərləri Materials 20 Sentyabr 2018 10:15 (UTC +04:00)
Son bir neçə gündə Malayziyada 21 nəfər zəhərlənmədən dünyasını dəyişib
21 nəfər viskidən zəhərlənərək öldü

Bakı. Trend:

Son bir neçə gündə Malayziyada 21 nəfər zəhərlənmədən dünyasını dəyişib. Trend-in məlumatına görə, onların saxta viskidən zəhərlənərək öldükləri bildirilir.

İlkin analizlərə əsasən, onların qəbul etdikləri spirtli içkinin tərkibində metil spirti aşkar edilib.

Ötən gün “Grand Royal Whisky” növlü içkidən 55 zəhərlənmə halının qeydə alındığı bildirilir. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, həmin şəxslərdən 21 nəfəri ölüb, 14 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

Son məlumata görə, yerli hakimiyyət orqanları zəhərlənmənin baş verdiyi yerlərdə 291 şüşə müxtəlif növ spirtli içki müsadirə edib.

Araşdırmalar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti