...

Türkiyə və BMT əməkdaşlığı möhkəmləndirmək əzmindədir

Dünya xəbərləri Materials 25 Sentyabr 2018 08:32 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Antonio Quterreş Türkiyə və BMT arasında əməkdaşlığı möhkəmləndirməkdə qərarlı olduqlarını təsdiqləyiblər.
Türkiyə və BMT əməkdaşlığı möhkəmləndirmək əzmindədir

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Antonio Quterreş Türkiyə və BMT arasında əməkdaşlığı möhkəmləndirməkdə qərarlı olduqlarını təsdiqləyiblər.

Trend-in məlumatıan görə, görüş ABŞ-ın Nyu-York şəhərində baş tutub. Qeyd edək ki, daha öncə Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün ABŞ-a yollanıb.

Suriya məsələsi ilə yanaşı, tərəflər bir sıra qlobal və regional məsələləri müzakirə ediblər.

Türkiyə prezidenti həmçinin İran prezidenti Həsən Ruhani və Yaponiyanın baş naziri Sindzo Abe ilə də görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti