...

Zaxarova: Rusiya kütləvi qırğın silahları mövzusunda ABŞ ilə daha çox əməkdaşlıq etmək istərdi

Dünya xəbərləri Materials 27 Sentyabr 2018 03:16 (UTC +04:00)

Bakı. Trend:

Rusiya kütləvi qırğın silahının terrorçuların əlinə düşməsinə yol verməmək üçün ABŞ ilə əməkdaşlığın gücləndirilməsinə ümid edir.

Trend-in məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

M.Zaxarova bildirib: "Əl sıxmalar vaxtı çoxdan keçib. Həm İdlib, həm Suriya, həm də kütləvi qırğın silahı üzrə. Birgə işləmək vaxtı çoxdan çatıb. Bu barədə Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında danışıb və terror qruplaşmalarında və ekstremist elementlərində nüvə texnologiyalarının olduğunu bildirib".

Namyəndə qeyd edib ki, bu, bizim amerikalılarla daha çox birgə işləmək istədiyimiz məsələdir: "Bu məsələ üzrə biz yalnız onlarla deyil, digər dünya ictimaiyyətinin üzvləri ilə də daha çox işləmək istərdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti