...

Yaponiyaya “Trami” tayfunu yaxınlaşır - Xəsarət alanlar var

Dünya xəbərləri Materials 29 Sentyabr 2018 16:24 (UTC +04:00)
Yaponiyanın cənubuna “Trami” tayfunu yaxınlaşmaqdadır
Yaponiyaya “Trami” tayfunu yaxınlaşır - Xəsarət alanlar var

Bakı. Trend:

Yaponiyanın cənubuna “Trami” tayfunu yaxınlaşmaqdadır.

Trend-in məlumatına görə, Okinava prefekturasında tayfunun səbəb olduğu güclü küləklər nəticəsində 18 nəfər xəsarət alıb.

Hazırda tayfunun mərkəzi Yorondzima adasından 50 kilometr məsafədə yerləşir. Yaxın bir neçə saat ərzində “Trami”nin ölkə ərazisinə tam şiddətlə daxil olması gözlənilir.

Tayfunla əlaqədar Okinavada 400-ə yaxın aviareys ləğv edilib.

230 mindən çox sakin elektriksiz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti