Bakı. Tural Turan - Trend:
Perunun sabiq prezidenti Alberto Fuximori oktyabrın 3-də ölkə məhkəməsinin onun əfv edilməsi barədə qərarı ləğv etməsindən sonra xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, Fuximori əfv olunduqdan sonra paytaxt Limada yaşadığı evdən klinikaya aparılıb.
Onun oğlu Kenxi Fuximori "təcili yardım" maşınında atasının yanında olub. O qeyd edib ki, çətin anlarında atanın yanında olmaq insanlıq borcudur.
Xatırladaq ki, Alberto Fuximori 1990-cı ildən 2000-ci ilə qədər Perunun prezidenti olub. Məhkəmənin gəldiyi nəticəyə görə, Fuximori azından 200 milyon dollar mənimsəyib. O, korrupsiya və başqa cinayətlərə görə 25 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2017-ci ildə Fuximori prezident Pedro Kuçinski tərəfindən əfv edilib.