Bakı. Trend:
Yaponiyanın Hokkaydo adasında 5,3 bal gücündə zəlzələ baş verib.
Trend-in Yaponiya Milli Meteorologiya İdarəsinə istinadən verdiyi məlumata görə, yeraktı təkanların episentri Hokkaydo prefekturasında, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilsədə, bir neçə dəqiqə sonra ləğv edilib.