...

"Qatar Airways" ABŞ-ın sanksiyalarına baxmayaraq İranda fəaliyyətini davam etdirəcək

Dünya xəbərləri Materials 9 Oktyabr 2018 11:58 (UTC +04:00)
İngiltərə, Fransa, Hollandiya və Birləşmiş Ərəb Əmirliklərinin hava yolları şirkətlərindən fərqli olaraq "Qatar Airways" Hava Yolları şirkəti İranla əlaqələri kəsməyəcək.
"Qatar Airways" ABŞ-ın sanksiyalarına baxmayaraq İranda fəaliyyətini davam etdirəcək

Bakı. Elnur Bağışov - Trend:

İngiltərə, Fransa, Hollandiya və Birləşmiş Ərəb Əmirliklərinin hava yolları şirkətlərindən fərqli olaraq "Qatar Airways" Hava Yolları şirkəti İranla əlaqələri kəsməyəcək.

Trend-in məlumatına görə, bunu "Qatar Airways" Hava Yolları Şirkətinin icraçı direktoru Əkbər Al-Baker deyib.

Əkbər Al-Baker deyib ki, ABŞ-ın İran əleyhinə sanksiyaları "Qatar Airways" Hava Yolları şirkətinin uçuşlarına təsir göstərməyəcək.

O qeyd edib ki, "Qatar Airways" Hava Yolları şirkəti Dohadan Məşhəd, Şiraz və Tehran istiqamətində uçuşlar həyata keçirir.

Amerika Birləşmiş Ştatlarının birtərəfli şəkildə Hərtərəfli Birgə Fəaliyyət Planından çıxması və xarici valyutanın bahalaşması nəticəsində bəzi ölkələrin hava yolları şirkətləri İrandakı fəaliyyətlərini dayandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti