...

Tramp: ABŞ-ın razılığı olmadan Cənubi Koreya Şimali Koreyaya qarşı sanksiyaları ləğv etməyəcək

Dünya xəbərləri Materials 11 Oktyabr 2018 11:59 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp inanır ki, Vaşinqtonun razılığı olmadan Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaları ləğv etməyəcək.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi yazır.

Oktyabrın 10-da parlament dinləmələrində Cənubi Koreyanın xarici işlər naziri Kan Gyon Hva bildirib ki, Seul Pxenyana qarşı sanksiya rejiminin yumşaldılması imkanına baxır.

Həmin gün D.Tramp Cənubi Koreya XİN rəhbərinin bəyanatını faktiki olaraq etibarsız sayıb və bildirib ki, Vaşinqtonun razılığı olmadan Seul bu addımı atmayacaq:

"Onlar bizim razılığımız olmadan bunu etməyəcəklər".

Qeyd edək ki, rəsmi Seul tərəfindən Şimali Koreyaya qarşı birtərəfli sanksiyalar 2010-cu ildə Koreya Respublikası Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin batırılmasından sonra tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti