...

Hindistanda sərnişin avtobusu körpüdən çaya aşıb: 7 ölü, 20 yaralı

Dünya xəbərləri Materials 20 Oktyabr 2018 20:21 (UTC +04:00)
Hindistanın Assam ştatında sərnişin avtobusu körpüdən çaya aşıb
Hindistanda sərnişin avtobusu körpüdən çaya aşıb: 7 ölü, 20 yaralı

Bakı. Trend:

Hindistanın Assam ştatında sərnişin avtobusu körpüdən çaya aşıb.

Trend-in məlumatına görə, avtobusun çaya aşması nəticəsində azı 7 nəfər həlak olub, 20-dən artıq insan xəsarət alıb.

Qəza Quvahati və Makalmua yaşayış məntəqələri yaxınlığında baş verib. İlkin məlumata əsasən, qəzaya səbəb sürücünün idarətməni itirməsi olub.

Bildirilir ki, avtobus dövlət nəqliyyat korporasiyasına məxsusdur. Xəsarət alanlar xəstəxanalara çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti