Bakı. Trend:
Nigeriyanın Kaduna ştatında insanlar arsında toqquşmalar baş verib.
Trend-in yerli "Nation" nəşrinə istinadən verdiyi məlumata görə, toqquşmalar zamanı 55 nəfər həlak olub. Daha sonra toqquşmalara polislər müdaxilə edib, 22 nəfər saxlanılıb.
"Agence France-Presse" agentliyi öz növbəsində bildirir ki, toqquşmalara səbəb müsəlman və xristian yükvuranlar arasında baş verən münaqişə olub.
Ölkə prezidenti baş verən toqquşmaları pisləyib: "Prezident Məhəmməd Buxari Kasuvan Maqanidə (Kaduna ştatı) bu yaxınlarda icmalar arasında baş verən toqquşmaları pisləyir".