...

Türkiyə Xaşkaci işinə görə Ər-Riyad ilə münasibətlərin pisləşməsini istəmir

Dünya xəbərləri Materials 22 Oktyabr 2018 22:18 (UTC +04:00)
Türkiyə müxalifətçi jurnalist Camal Xaşkacinin öldürülməsinin Səudiyyə Ərəbistanı ilə münasibətlərin pisləşməsinə səbəb olmasını istəmir
Türkiyə Xaşkaci işinə görə Ər-Riyad ilə münasibətlərin pisləşməsini istəmir

Bakı. Trend:

Türkiyə müxalifətçi jurnalist Camal Xaşkacinin öldürülməsinin Səudiyyə Ərəbistanı ilə münasibətlərin pisləşməsinə səbəb olmasını istəmir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın jurnalistlərə bildirib.

İ.Kalın deyib: "İctimaiyyətdən gizli heç nə (Xaşkaci işi üzrə) olmayacaq, bizim əsas məqsədimiz - hər şeyin araşdırılmasıdır. Heç bir ləkənin qalamması üçün Səudiyyə Ərəbistanı ilə birgə işləmək lazımdı. Amma biz istəmirik ki, bu, çox sayda layihələrimiz və əməkdaşlıq sahələrimiz olan Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin üzərinə kölgə salsın. Səudiyyə Ərəbistanı bizim üçün qardaş ölkədir, ona görə də proses çox həssas gedir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti