...

Tramp: ABŞ İranla yeni hərtərəfli razılaşma imzalanması üçün açıqdır

Dünya xəbərləri Materials 3 Noyabr 2018 08:17 (UTC +04:00)
ABŞ İranla Tehranın heç vaxt nüvə silahı əldə etməyinə imkan verməyəcək və bütün "qərəzli hərəkətlərinə" aid olacaq yeni razılaşma imalamağa hazırdır
Tramp: ABŞ İranla yeni hərtərəfli razılaşma imzalanması üçün açıqdır

Bakı. Trend:

ABŞ İranla Tehranın heç vaxt nüvə silahı əldə etməyinə imkan verməyəcək və bütün "qərəzli hərəkətlərinə" aid olacaq yeni razılaşma imalamağa hazırdır.

Trend-in məlumatına görə, noyabrın 5-inə planlaşdırılmış İrana qarşı yeni sanksiyalar dalğasının tətbiqi münasibətilə ABŞ prezidenti Donald Trampın yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Birləşmiş Ştatlari İranla nüvə silahına doğru yolu birdəfəlik bağlayacaq, onların qərəzli fəaliyyətinin bütün spektrlərinə cavab verəcək və İran xalqının layiq olduğu yeni, daha hərtərəfli sazişin bağlanması üçün açıq qalırlar".

ABŞ prezidenti vurğulayıb ki, belə bir saziş imzalanmayana qədər "tarixi sanksiyalar qüvvədə qalacaq": "Biz rejimi öz nüvə ambisiyalarını dayandırmağa, destruktiv davranışını dəyişməyə, öz xalqının hüquqlarına hörmət etməyə, dürüst danışıqlara qayıtmağa çağırırıq. Biz bu cəhdimizdə müttəfiqlərimizin dəstəyinə güvənirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti