Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Hərbi Dəniz Qüvvələrinin silahlanmasına "TCG Burgazada F-513" adlı yeni yerli istehsallı gəmi daxil edilib.
Trend-in məlumatına görə, bu, hərbi dəniz bazasının qayıq və hava hücumundan müdafiə üzrə keşikçi və konvoy xidmətləri üçün nəzərdə tutulmuş sayca üçüncü gəmisidir.
Hazırda Türkiyədə "MİLGEM" (gəmilərin inşası), LHD (çoxməqsədli desant gəmisinin tikintisi), "LST" (amfibiya-gəminin inşası) və "MOSHIP" (sualtı xilasetmə qayığının tikintisi) layihələrinin hazırlanması üzrə iş gedir.