...

Mərakeş kralı Əlcəzairi münasibətlərin bərpası üçün dialoqa çağırır

Dünya xəbərləri Materials 7 Noyabr 2018 06:55 (UTC +04:00)
Mərakeş kralı VI Məhəmməd qonşu Əlcəzairi iki ölkə arasında əlaqələrin bərpası üçün dialoqa çağırır
Mərakeş kralı Əlcəzairi münasibətlərin bərpası üçün dialoqa çağırır

Bakı. Tural Turan - Trend:

Mərakeş kralı VI Məhəmməd qonşu Əlcəzairi iki ölkə arasında əlaqələrin bərpası üçün dialoqa çağırır. Trend-in məlumatına görə, kral bunu deyib:

“Mövcud olan fikir ayrılıqlarını geridə qoymaq üçün Mərakeşin qardaş Əlcəzairlə açıq dialoq qurmağa hazır olduğunu elan edirəm”.

Kral iki ölkə arasında siyasi mexanizm yaratmağı təklif edib. “Mexanizmin rolu – ikitərəfli münasibətlər arasında olan məsələlərin açıq və obyektiv şəkildə nəzərdən keçiirlməsidir”, deyə kral izah edib. Bundan əlavə komissiya terrorçuluqla mübarizə və qeyri-leqal miqrasiya ilə mübarizə kimi regional məsələlərdə əməkdaşlığa start verməlidir.

Xatırladaq ki, Qərbi Sahara olan ərazi iddialarına görə iki ölkə arasında 1994-cü ildən quru sərhədi bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti