Tramp: Növbəti ABŞ-KXDR sammiti 2019-cu ilin əvvəlində keçirilə bilər
in_130618.jpg)
Bakı. Trend:
ABŞ və Koreya Xalq Demokratik Respublikası (KXDR) liderlərinin növbəti sammiti 2019-cu ilin əvvəlində keçirilə bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə mətbuat konfransı zamanı deyib.
D.Tramp bildirib: "Biz KXDR ilə danışıqların gedişatından razıyıq, biz tələsmirik. Sanksiyalar yerində, raketlər uçmur, girovlar öz evlərindədir. Son 5 ay ərzində biz 70 ildə əldə olunandan daha artıq irəliləmişik, heç kəs mən etdiyimi edə bilməzdi".
ABŞ prezidenti həmçinin qeyd edib ki, dövlət katibin Mayk Pompeonun KXDR nümayəndəsi ilə görüşü nəzərdə tutulmuş digər səfərlər səbəbindən təxirə salınıb və başqa bir gün görüş baş tutacaq.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq