...

ABŞ-da yeniyetmə güllələnib

Dünya xəbərləri Materials 14 Noyabr 2018 01:11 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Xyuston ştatında mərkəzi məktəblərdən birinin yaxınlığında atışma baş verib.

Trend-in "ABC" telekanalına istinadən verdiyi məlumata əsasən, açılan atəş nəticəsində yeniyetmə ölüb. Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd olunur ki, güllələnən yeniyetmə avtomobil dayanacağında tapılıb. Ehtimal olunur ki, atışmaya səbəb şagirdlər arasında mübahisə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti