Bakı. Trend:
Yaponiya hökuməti ölkədə pensiya yaşını 65 yaşdan 70 yaşadək qaldırmağı planlaşdırır.
Trend-in məlumatına görə, bununla bağlı müzakirələr noyabrın 26-ı başlayacaq.
Pensiya yaşının artırılması ilə bağlı qanun layihəsinin 2020-ci ilədək qəbul olunması nəzərdə tutulur.
Qeyd edək ki, Yaponiyada kişilərin ömür uzunluğu 80,89, qadınlarda 87,14 il təşkil edir.
Ölkədə hər dörd nəfərdən birinin yaşının 65-dən çox olduğu deyilir.