...

Türkiyədə PARTLAYIŞ - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 29 Noyabr 2018 13:07 (UTC +04:00)
Türkiyənin Kırıkkale vilayətində sənaye zonalarının birində qazdoldurma stansiyasında partlayış baş verib
Türkiyədə PARTLAYIŞ - Ölən və yaralananlar var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Kırıkkale vilayətində sənaye zonalarının birində qazdoldurma stansiyasında partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub, daha iki nəfər isə yaralanıb.

Hadisə yerinə təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.

Partlayışdan sonra hadisə yerində başlamış yanğının qarşısı alınıb.

Hazırda partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti