Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Pakistanın Baş naziri İmran Xana məktub ünvanlayıb.
Trend-in məlumatına görə, məktubda D.Tramp Əfqanıstan münaqişəsinin həllində İslamabadın kömək etməsini xahiş edib.
ABŞ Prezidenti bildirib ki, Pakistan “Taliban” radikal hərəkatının rəhbərliyini sülh danışıqlarına qoşulmağa razı sala bilər.
Öz növbəsində İ.Xan bildirib ki, onun ölkəsi Əfqanıstanda sülhün bərqərar olması üçün əlindən gələni edəcək.