...

İtaliyada yanacaqdoldurma məntəqəsində partlayış - 15 yaralı

Dünya xəbərləri Materials 5 Dekabr 2018 18:57 (UTC +04:00)
İtaliyanın Rieti şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib
İtaliyada yanacaqdoldurma məntəqəsində partlayış - 15 yaralı

Bakı. Trend:

İtaliyanın Rieti şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışdan sonra məntəqədə güclü yanğın başlayıb.

Hadisə nəticəsində azı 15 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri yanğınsöndürənlərdir.

İlkin məlumatlara əsasən, partlayış yanacaqdaşıyan maşında baş verib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti