...

Avstraliyanın baş naziri Qüdsü İsrailin paytaxtı kimi tanıdıdıqlarını bəyan edib

Dünya xəbərləri Materials 15 Dekabr 2018 07:35 (UTC +04:00)

Bakı. Trend:

Avstraliyanın baş naziri Skott Morrison rəsmi olaraq Qüdsün İsrailin paytaxtı kimi tanınmasını bəyan edib.

Trend-in məlumatına görə, bu barədə S.Morrison Sidney İnstitutunda çıxışı zamanı bildirib.

Baş nazir deyib: "Avstraliya indi Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyır".

Bundan əlavə S.Morrison qeyd edib ki, Avstraliya höküməti Qüdsdə ticarət və hərbi nümayəndəliklər açmaq niyyətindədir. Onun sözlərinə görə, Avstraliya hələki səfirliyini Qüdsə keçirmir, lakin onun açılışı üçün münasib yer axtarışına başlayıb.

Qeyd edək ki, Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq ABŞ, Qvatemala, Çexiya, Braziliya və Hondurasa qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti