...

Silahlılar Hələb, Latakiya və Hamada yaşayış məntəqələrini atəşə tutublar

Dünya xəbərləri Materials 17 Dekabr 2018 06:15 (UTC +04:00)
Silahlılar Suriyanın Latakiya və Hama əyalətlərində yaşayış məntəqələrini və Hələb şəhərinin rayonlarını atəşə tutublar
Silahlılar Hələb, Latakiya və Hamada yaşayış məntəqələrini atəşə tutublar

Bakı. Trend:

Silahlılar Suriyanın Latakiya və Hama əyalətlərində yaşayış məntəqələrini və Hələb şəhərinin rayonlarını atəşə tutublar.

Trend-in məlumatına görə, bu barədə brifinq zamanı Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-leytenant Sergey Solomatin bildirib.

S.Solomatin bildirib: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Darh-Əbu-Əsəd, Safsafa, İkki, Arafit, Sandran (iki dəfə) və Çubb-Əz-Zarur yaşayış məntəqələrini, Hama əyalətinin Tell-Marak (üç dəfə), Tell-Bazam (iki dəfə), Tell-Əl-Maktaa və Açan yaşayış məntəqələrini, Hələb şəhərinin Sukkari, Sakibiya, Zahabiya, Makanis-Edd-Duvayri və elmi-tədqiqat mərkəzi rayonlarını atəşə tutublar".

General-leytenant əlavə edib ki, Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəz Deyr-Əz-Zor əyalətində humanitar aksiya keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti