Bakı. Trend:
Türkiyənin Giresun ilinin Boztekke kəndində 1911-ci ildə tikilən məscid yanıb.
Trend-in məlumatına görə, taxtadan olan məscid yanğın nəticəsində yararsız hala düşüb. Məsciddə bərpa işləri aparılırdı. Sakinlərin yanğının qarşısını almaq cəhdləri uğursuz olub.
Yanğının səbəbləri məlum deyil.