...

Nazir: Heç kəs Ankaraya Suriyanın şimalında əməliyyat keçirməyə mane ola bilməyəcək

Dünya xəbərləri Materials 22 Dekabr 2018 22:29 (UTC +04:00)

Bakı. Trend:

Heç kəs Ankaraya Suriyanın şimalında hərbi əməliyyat keçirməyə mane ola bilməyəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Livyaya səfəri zamanı bildirib.

M.Çavuşoğlu deyib: "Daha əvvəl heç kəs bizə "Fərat Qalxanı" və "Zeytun budağı" əməliyyatlarını keçirməyə mane ola bilməyib. İndidə heç kəs Fərat çayından şərqdə əməliyyatlar keçirməyə mane olmayacaq".

Xəbər lenti

Xəbər lenti