...

Pentaqon rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsinə Patrik Şanaxan təyin ediləcək

Dünya xəbərləri Materials 24 Dekabr 2018 01:21 (UTC +04:00)
ABŞ müdafiə nazirinin birinci müavini Patrik Şanaxan 2019-cu il yanvar ayının 1-dən Pentaqon rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsini tutacaq
Pentaqon rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsinə Patrik Şanaxan təyin ediləcək

Bakı. Trend:

ABŞ müdafiə nazirinin birinci müavini Patrik Şanaxan 2019-cu il yanvar ayının 1-dən Pentaqon rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsini tutacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "ABŞ müdafiə nazirinin birinci müavini istedadlı Patrik Şanaxan 2019-cu il yanvar ayının 1-dən Pentaqon rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsini tutacağını bəyan etməkdən şadam. Patrik nazir müavini və "Bpeing" şirkətində işlədiyi zamanda çox şeyə nail olub".

Qeyd edək ki, Patrik Şanaxan Vaşinqton ştatında anadan olub və böyüyüb, maşınqayırma ixtisası üzrə Vaşinqton ştatının universitetini bitirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti