Bakı. Trend:
Hindistanın şimalındakı Haryana şəhərində zəncirvari qəza baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 8 nəfər həlak olub, onlarla yaralının olduğu deyilir.
Qəzada ümumilikdə 50-yə yaxın avtomobil toqquşub. Avtomobillər arasında bir neçə məktəbli avtobusu da olub.
Qəzaya qatı duman səbəb olub.