...

Amsterdamın hava limanı təxliyə edilib

Dünya xəbərləri Materials 1 Yanvar 2019 02:18 (UTC +04:00)
Niderlandın paytaxtı Amsterdamın "Sxiphol" hava limanının bir hissəsi təxliyə edilib.
Amsterdamın hava limanı təxliyə edilib

Bakı. Trend:

Niderlandın paytaxtı Amsterdamın "Sxiphol" hava limanının bir hissəsi təxliyə edilib.

Trend-in məlumatına görə, təxliyəyə səbəb hava limanının ərazisində üzərində partlayıcı qurğunun olduğunu iddia edən şəxs olub.

Daha sonra üzərində partlayıcı qurğunun olduğunu iddia edən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanlarının məlumatında deyilir: "Hazırda "Sxiphol" hava limanında vəziyyət nəzarət altındadır. Şübhəli şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb".

Xəbər lenti

Xəbər lenti