...

İndoneziyada "Anak Krakatau" yenidən püskürdü

Dünya xəbərləri Materials 3 Yanvar 2019 12:28 (UTC +04:00)
İndoneziyanın Sumatra və Yava adalarını ayıran Zond boğazındakı Anak Krakatau vulkanı yenidən püskürüb
İndoneziyada "Anak Krakatau" yenidən püskürdü

Bakı. Trend:

İndoneziyanın Sumatra və Yava adalarını ayıran Zond boğazındakı Anak Krakatau vulkanı yenidən püskürüb.

Trend-in məlumatına görə, püskürmə nəticəsində 2 kilometr hündürlüyədək kül sovrulub.

Bölgə rəhbərliyi sakinləri və turistləri vulkana 5 kilometrdən yaxın olmamağa çağırıb.

Xatırladaq ki, ötən il dekabrın 22-i vulkanın püskürməsi şiddətli sunamiyə səbəb olmuş, nəticədə 430 nəfər həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti