...

ABŞ-da 4 maşın toqquşdu: 6 ölü, 8 yaralı

Dünya xəbərləri Materials 4 Yanvar 2019 04:47 (UTC +04:00)
ABŞ-ın Florida ştatında bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol qəzasında 6 nəfər ölüb.
ABŞ-da 4 maşın toqquşdu: 6 ölü, 8 yaralı

Bakı. Trend:

ABŞ-ın Florida ştatında bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol qəzasında 6 nəfər ölüb.

Trend-in məlumatına görə, hadisə 75 nömrəli trassda, Qreynslvill və Alaçua arasında baş verib. Hadisə nəticəsində daha 8 nəfər xəsarət alıb.

Qəzaya 2 minik və dizel daşıyan 2 yük avtomobili düşüb. Qəza nəticəsində 190 litrə yaxın yanacaq yerə tökülüb, bu da öz növbəsində alışmaya gətirib çıxarıb.

Yanğının qarşısı alınıb. Polis araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti