...

Şiveluç vulkanı 5 min metr hündürlüyə buxar və tüstü püskürüb

Dünya xəbərləri Materials 4 Yanvar 2019 08:13 (UTC +04:00)
Rusiyanın Kamçatka diyarında yerləşən Şiveluç vulkanı 5 min metr hündürlüyə buxar və tüstü püskürüb.
Şiveluç vulkanı 5 min metr hündürlüyə buxar və tüstü püskürüb

Bakı. Trend:

Rusiyanın Kamçatka diyarında yerləşən Şiveluç vulkanı 5 min metr hündürlüyə buxar və tüstü püskürüb.

Trend-in məlumatına görə, Kamçatkanın yaşayış məntəqələrində külün düşməsi müşahidə olunmur.

Vulkan üçün "narıncı təhlükə" kodu təyin olunub. Vulkan ətrafında turist qrupları qeydə alınmayıb, təyyarələrin beynəlxalq hərəkət marşrutları keçmir.

Qeyd edək ki, Şiveluçun hündürlüyü 3283, aktiv hissəsinin ən yüksək nöqtəsi isə 2800 metrdir, yaşı - 60-70-dir. Şiveluç Kamçatkanın fəaliyyətdə olan ən şimal vulkanıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti