...

İspaniyada 15 yaşlı yeniyetmə lotereyeda 200 min avro udub

Dünya xəbərləri Materials 7 Yanvar 2019 05:57 (UTC +04:00)
İspaniyada ənənəvi lotereya oyununun qalibi on ilə yaxın müddət bundan əvvəl Rumıniyadan Barselonaya gəlmiş 15 yaşlı oğlan olub.
İspaniyada 15 yaşlı yeniyetmə lotereyeda 200 min avro udub

Bakı. Tural Turan - Trend:

İspaniyada ənənəvi lotereya oyununun qalibi on ilə yaxın müddət bundan əvvəl Rumıniyadan Barselonaya gəlmiş 15 yaşlı oğlan olub.

Trend-in məlumatına görə, yeniyetmə ona külli miqdarda pul qazandıran lotereya biletini oyundan 1 gün əvvəl 20 avroya alıb. "Mən bilmirəm bu pulla nə edəcəm. Ola bilər yeni mobil telefon alım və ya pulu kiçik mənzilə qoyum", - deyə yeniyetmə etiraf edib.

Qeyd edək ki, hər ilin 6 yanvarında İspaniyada ən məşhur lotereyalardan biri keçirilir. Hər biletdə 5 ədədli nömrə yazılır. Qalib gələnlər mükafat fondunun öz aralarında bölüşdürür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti