...

İranda qar çovğunu - 47 kəndlə əlaqə kəsilib

Dünya xəbərləri Materials 8 Yanvar 2019 17:37 (UTC +04:00)
İranda güclü çovğun baş verib.
İranda qar çovğunu - 47 kəndlə əlaqə kəsilib

Bakı. Elnur Bağışov - Trend:

İranda güclü qar çovğunu baş verib.

Trend-in məlumatına görə, Zəncan vilayətinin 47 kəndinə gedən yol bağlanıb.

Vilayətin Yol və Yol Nəqliyyatı Baş İdarəsinin direktor müavini Cavad Yusifi deyib ki, 50 kəndin yolunu açmaq mümkün olsa da, güclü qar nəticəsində yenidən 8 rayonda 47 kəndlə əlaqə kəsilib.

Sinoptiklər sabaha da qar proqnozlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti