...

Belçikada "sərt Brexit" ssenarisindən qorunmaq üçün müdafiə tədbirləri həyata keçirilir

Dünya xəbərləri Materials 16 Yanvar 2019 05:18 (UTC +04:00)
Belçika höküməti "sərt Brexit" ssenarisinə hazırlaşır və vətəndaşları və müəssisələri qorumaq üçün tədbirlər görür
Belçikada "sərt Brexit" ssenarisindən qorunmaq üçün müdafiə tədbirləri həyata keçirilir

Bakı. Trend:

Belçika höküməti "sərt Brexit" ssenarisinə hazırlaşır və vətəndaşları və müəssisələri qorumaq üçün tədbirlər görür.

Trend-in məlumatına görə, bu barədə Belçikanın baş naziri Şarl Mişel ğz "Twitter" səhifəsində yazıb.

Ş.Mişel bildirib: "Top heç vaxt olmadığı kimi britaniyalıların tərəfindədir. Aİ-yə 27 üzv ölkə razılaşmanı yeganə mümkün razılaşma kimi dəyərləndirir və indi britaniyalılar öz seçimlərinin nəticələrinə görə məsuliyyəti öz üzərlərinə götürməlidirlər".

Belçikanın maliyyə naziri Aleksandr de Kroo bildirib ki, krallığın gömrük xidmətləri "sərt Brexit" ssenarisi üçün yaxın günlərdə Belçika müəssisələrinin dəstəklənməsi üzrə tədbirlərin hazırlanmasını sürətləndirəcək.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya parlamenti baş nazir Tereza Meyin "Brexit" üzrə Aİ ilə razılaşmasını qəbul etmədi. Baş nazirin Avropa İttifaqından çıxma üzrə planını 202 parlamentari dəstəklədi, 432 parlamentari isə əleyhinə səs verdi.

Xəbər lenti

Xəbər lenti