...

Ermənistandan Rusiyaya idxal olunan balıqda siçan zəhəri tapıldı

Dünya xəbərləri Materials 17 Yanvar 2019 15:16 (UTC +04:00)
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistan müəssisələrindən birinin Rusiyaya tədarük etdiyi balıqda arsen (siçan zəhəri) aşkar edib
Ermənistandan Rusiyaya idxal olunan balıqda siçan zəhəri tapıldı

Bakı. Trend:

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistan müəssisələrindən birinin Rusiyaya tədarük etdiyi balıqda arsen (siçan zəhəri) aşkar edib.

Trend-in məlumatına görə, bununla əlaqədar “Avaq Kazaryan” müəssisəsinin məhsulları barəsində gücləndirilmiş laborator nəzarət rejimi tətbiq edilib.

Qeyd olunur ki, balıq məhsullarında arsen ötən ay aşkar edilib.

Daha əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Braziliyadan məhsul idxalına məhdudiyyət tətbiq etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti