Bakı. Trend:
İnternetin ən populyar itlərindən biri Pomeran şpitsi Bu 12 yaşında ölüb.
Trend-in məlumatlına görə, bu barədə itin sahibi İren An "Facebook" sosial şəbəkəsində yazıb.
O bildirib: "Böyük kədər hissi ilə bildirirəm ki, Bu yuxuda ölüb və ən yaxın dostu Baddinin ardınca bizi tərk edib".
Qeyd edək ki, Bunun böyük qardaşı və dostu Baddi 2017-ci ilin sentyabrında ölüb. Onun ölümündən sonra Bunun ürəklə bağlı böyük problemləri yaranıb.
Bu 2006-ci ildə doğulub, həmin vaxt onun sahibi ona "Facebook" sosial şəbəkəsində səhifə açır və orada "Mənim adım Budur. Mən itəm. Həyat gözəldir" yazır. Hal-hazırda həmin səhifənin 16 milyon izləyicisi var.