...

Rusiyada kafedə partlayış baş verib, ölən və xəsarət alanlar var

Dünya xəbərləri Materials 27 Yanvar 2019 00:13 (UTC +04:00)
Rusiyanın Saratov vilayətində kafedə ad günü şənliyi zamanı partlayış qaz balonu partlayıb
Rusiyada kafedə partlayış baş verib, ölən və xəsarət alanlar var

Bakı. Trend:

Rusiyanın Saratov vilayətində kafedə ad günü şənliyi zamanı partlayış qaz balonu partlayıb.

Trend-in məlumatına görə, partlayış nəticəsində 40 nəfər xəstəxanaya çatdırılıb. Xəstəxanaya çatdırılanlardan 22-nə tibbi yardım göstərilib və onlardan 16-sı xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.

Bildirilir ki, 6 nəfərin vəziyyəti ağırdır.

Xəbər lenti

Xəbər lenti