...

İstifadəçilər "YouTube"un işində problemlərlə üzləşdiklərini bildirir

Dünya xəbərləri Materials 1 Fevral 2019 08:29 (UTC +04:00)
"YouTube" onlayn-videohostinqin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər
İstifadəçilər "YouTube"un işində problemlərlə üzləşdiklərini bildirir

Bakı. Trend:

"YouTube" onlayn-videohostinqin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, texniki qüsurlar bütün dünyada, həmçinin Rusiya, ABŞ, Ukrayna, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya və Braziliyada qeydə alınıb.

Bildirilir ki, istifadəçilərin şikayətlərinin 59 faizi videoların yayımında problemlərin olduğunu, 28 faizi saytın düzgün işləməməsini, 11 faizi isə öz hesabına daxil ola bilməməsini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti