Bakı. Trend:
"Coca-Cola" şirkəti son 10 ildə ilk dəfə yeni dadla içkinin istehsalına başlayır.
Trend-in məlumatına görə, bu barədə kosporasiyanın saytında yerləşdirilən press-relizdə deyilir.
Bildirilir ki, portağal və vanil dadına malik yeni içki fevralın 25-dən 2 formatda satışa çıxarılacaq: şəkərli və şəkərsiz.
Şirkət vurğulayır ki, yeni dad son ildə ilk dəfə satışa çıxarılacaq.
Qeyd edək ki, "Coca-Cola" şirkəti ilk 1985-ci ildə albalı, 2007-ci ildə isə vanil dadlı içkilər satışa çıxarıb.