...

Türkiyə-Suriya sərhədində partlayış - Yaralılar var

Dünya xəbərləri Materials 12 Fevral 2019 19:07 (UTC +04:00)
Türkiyə ilə Suriya sərhədində Kilis vilayətinin “Çobanbəy” sərhəd-keçid məntəqəsində partlayış baş verib
Türkiyə-Suriya sərhədində partlayış - Yaralılar var

Bakı. Trend:

Türkiyə ilə Suriya sərhədində Kilis vilayətinin “Çobanbəy” sərhəd-keçid məntəqəsində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 3 nəfər xəsarət alıb.

Qeyd olunur ki, partlayıcı maddə ilə yüklənmiş avtomobil partladılıb. Hadisə sərhəd-keçid məntəqəsinin Suriya ərazisində baş verib.

Partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti