...

Həyat yoldaşı zəng elədi - Yunker çıxışını yarımçıq saxladı

Dünya xəbərləri Materials 25 Fevral 2019 17:44 (UTC +04:00)
Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Misirdə mətbuat konfransı zamanı çıxışını yarımçıq saxlayıb
Həyat yoldaşı zəng elədi - Yunker çıxışını yarımçıq saxladı

Bakı. Trend:

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Misirdə mətbuat konfransı zamanı çıxışını yarımçıq saxlayıb.

Trend-in məlumatına görə, buna onun telefonuna gələn zəng səbəb olub.

Telefona cavab verdikdən sonra, o jurnalistlərə həyat yoldaşının zəng etdiyini deyib.

Qeyd edək ki, Misirin Şarm-əş-Şeyx şəhərində Ərəb Dövlətləri Liqası və Avropa İttifaqının ilk birgə sammiti davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti