Bakı. Trend:
Əlcəzairdə etiraz aksiyaları zamanı 63 nəfər xəsarət alıb.
Trend-in "TSA Algerie" portalına istinadən verdiyi məlumata görə, xəsarət alanlardan 7-si mülki vətəndaş, 56-sı isə hüquq-mühafizə orqanlarının əməkdaşları olub.
Qeyd edilir ki, ümumilikdə 800 minə yaxın insanın iştirak etdiyi etiraz aksiyasında 45 nəfər saxlanılıb.
Polisin məlumatında bildirilir ki, "saxlanılanların əksəriyyəti narkotikvə psixotrop maddələrin təsiri altında olub".
Bundan əlavə, "Sky News Arabia" telekanalının məlumatına əsasən, aksiya zamanı yaranan basabasda bir nəfər həlak olub.