Bakı. Trend:
Rusiyanın Tula vilayətində məktəb avtobusunun qəzaya uğraması nəticəsində 10 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, xəsarət alanlardan səkkizi uşaq, ikisi isə böyükdür. Avtobus yolsuzluq avtomobili ilə toqquşduqdan sonra aşıb.
Xəsarət alanlar yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.