...

İranın Qərbi Azərbaycan vilayətinin sənaye müəssisələri ixracda aktiv rol oynayır

Dünya xəbərləri Materials 3 Mart 2019 06:40 (UTC +04:00)
İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin sənaye müəssisələrinin (Industrial Cluster) məhsul ixracının dəyəri 4,2 milyon dolları keçib.
İranın Qərbi Azərbaycan vilayətinin sənaye müəssisələri ixracda aktiv rol oynayır

Bakı. Elnur Bağışov – Trend:

İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin sənaye müəssisələrinin (Industrial Cluster) məhsul ixracının dəyəri 4,2 milyon dolları keçib.

Trend-in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayəti sənaye parkları şirkətinin icra direktoru Əli Əbdüli İRNA-ya açıqlamasında deyib.

Əbdülinin sözlərinə görə, sənaye müəssisələri cari ildə (21 mart 2018-dən başlayaraq) bağ, daş, bitki şirələrini emal edib və balı qablaşdıraraq ixrac ediblər.

Əbdüli əlavə edib ki, bu məhsullar qonşu ölkələr, o cümlədən İraq, Türkiyə və Azərbaycan və bəzi Avropa ölkələrinə ixrac edilib.

Hal-hazırda Qərbi Azərbaycan vilayətində 25 sənaye parkı fəaliyyət göstərir. Bu sənaye parklarında 1,1 sənaye müəssisəsi vardır. bu sənaye müəssisələrinin 20%-i aşağı planda istehsal edirlər.

İranın kiçik sənaye və sənaye parkları Təşkilatı 2005-ci ildə fəaliyyətə başlayıb. İran parlamentinin qərarına əsasən bu təşkilat inkişaf təşkilatı sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti